“Hesabatlılıq və şəffaflıq yeni dövrün çağırışları kontekstində” forumunda bəyənat imzalanıb - FOTO - YENİLƏNİB

Tarix: 13 Jan 2024 13:54

Bu gün Bakıda keçirilən Azərbaycan Respublikasının Auditorlar Palatası, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin birgə təşkilatçılığı ilə Bakıda “Hesabatlılıq və şəffaflıq yeni dövrün çağırışları kontekstində” movzusunda forum başa çatıb.

"APA-Economics" xəbər verir ki, forumun sonunda audit, maliyyə menecmenti, qiymətləndirmə sahəsində ixtisaslaşmış assosiasiyaların iştirakçıları bəyanat imzalayıblar. Bəyanatı Azərbaycan Respublikasının Auditorlar Palatasının sədri Vahid Novruzov, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasnın İdarə Heyyətinin sədri Nuriyyə Novruzova və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc imzalayıblar.

Bəyənatda Prezident İlham Əliyevin siyasətini dəstəklədikləri, bu siyasətin davam etməli olduğu vurğulanıb.

***

11.06

Azərbaycan Respublikasının Auditorlar Palatası, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin birgə təşkilatçılığı ilə Bakıda “Hesabatlılıq və şəffaflıq yeni dövrün çağırışları kontekstində” movzusunda forum işinə başlayıb.

"APA-Economics" xəbər verir ki, forumun keçirilməsində əsas məqsəd iqtisadi islahatların indiki mərhələsində müstəqil hesabatlılığı, audit və qiymətləndiricilər institutunu inkişaf etdirmək, onun təsirliliyini artırmaq, bu sahələrdə rəqəmsallaşma işini tətbiq etmək və beynəlxalq aləmə inteqrasiyasını gücləndirmək sahəsində Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarının həyata keçirilməsinin ölkəmizin iqtisadiyyatının inkişafı istiqamətində qarşıya qoyulmuş məqsədlərin reallaşdırılmasında mühüm töhfə verməkdir.

Forumu Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov, Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının İdarə Heyətinin sədri Nuriyyə Novruzova və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc açaraq qonaqları salamlayıb, forumun işinə uğurlar arzulayıb və forumun əhəmiyyətindən bəhs ediblər.

Onlar qeyd ediblər ki, ölkədə mühasiblərə, auditorlara, maliyyəçilərə və qiymətləndiricilərə daim dövlət dəstəyi olub, xüsusən son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında bu sahələrin inkişafına göstərilən diqqət və qayğı sayəsində hesabatlılıq təkmilləşdirilmiş, kölgə iqtisadiyyatı azaldılmış və şəffaflıq artırılmışdır. Bu da öz növbəsində ölkəmizdə fəaliyyət göstərən sahibkarların işinin daha da yaxşılaşdırılmasına zəmin yaradıb.

Xəbər Lenti