Rusiyada Ukraynanın 130-a yaxın pilotsuz uçuş aparatı vurulub

Tarix: 06 Jan 2026 11:57

Rusiya Hava Hücumundan Müdafiə sistemləri ötən gecə Ukraynanın 129 pilotsuz uçuş aparatını vurub.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, PUA-ların hamısı Rusiya regionları üzərində vurulub. Vurulan Ukrayna PUA-larından biri Rusiyanın Voronej vilayətində dəmir yolu xəttinə düşüb. Nəticədə qatarların hərəkətində gecikmə olub.

Fərid Əkbərov Rusiya Ukrayna PUA

Xəbər Lenti