İndoneziyada daşqınlarda 16 nəfər ölüb

Tarix: 06 Jan 2026 14:44

İndoneziyanın Siau adasında şiddətli yağışlar daşqına səbəb olub.

APA İndoneziyanın Təbii Fəlakətlərlə Mübarizə Agentliyinə istinadən xəbər verir ki, nəticədə 16 nəfər ölüb, 3 nəfər itkin düşüb.

Bundan başqa 22 nəfər xəsarət alıb və 700 kəndli yaşadığı yeri tərk etmək məcburiyyətində qalıb.

Daşqınlar evləri, yolları və ictimai binaları su altında qoyub.

Toğrul Quluzadə İndoneziya daşqın

Xəbər Lenti