Zelenski “İstəklilər koalisiyası”nın Paris sammitinin nəticələrini şərh edib

Tarix: 07 Jan 2026 01:15

Ukrayna üçün artıq təhlükəsizlik zəmanətlərinin arxitekturası, konkret olaraq hansı ölkələrin nə etməyə hazır olması ilə bağlı təfərrüatlı anlayış var.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə “İstəklilər koalisiyası”nın sammitindən sonra teleqram səhifəsində bildirib.

"Fransa, Britaniya və Ukrayna hərbçiləri Silahlı Qüvvələri təşkil edən qüvvələrin, sayının və xüsusi silah növlərinin yerləşdirilməsi üzərində təfərrüatlı işləyiblər. Bizdə çox lazım olan detallar artıq var. Hansı ölkənin nə etməyə hazır olduğunu başa düşürük. “İstəklilər koalisiyası”nın bütün ölkələrindən hər bir liderə təşəkkür etmək istəyirəm”, - deyə Zelenski bildirib.

Xəbər Lenti