Kuşner: Tramp və Zelenski Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı əsas məsələləri razılaşdırıblar

Tarix: 07 Jan 2026 00:48

ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski dekabr ayında Mar-a-Laqoda keçirilən ikitərəfli görüşdə Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı məsələlərin böyük hissəsini razılaşdırıblar. APA xəbər verir ki, bu barədə ABŞ prezidentinin kürəkəni Cared Kuşner Parisdə keçirilən görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

Kuşnerin sözlərinə görə, tərəflər bu mövzu üzrə qalan məsələlərin əksəriyyətini, bəlkə də hamısını həll etməyə nail olublar.

Xəbər Lenti