Cümə axşamı, 8 Yanvar, 2026
Tarix: 07 Jan 2026 02:32
İsveç sülh əldə olunacağı təqdirdə, çoxtərəfli kontingentin tərkibində Ukraynaya "Gripen" qırıcı təyyarələri göndərəcək. APA "TT" agentliyinə istinadən xəbər verir ki, bu barədə İsveçin Baş naziri Ulf Kristersson Parisdə “İstəklilər koalisiyası”nın görüşündən sonra bildirib.
Onun sözlərinə görə, İsveç sülh nizamlanmasından sonrakı genişmiqyaslı səylərin bir hissəsi olmalıdır. Kristersson qeyd edib ki, ölkəsi hava məkanının müşahidəsi üçün "Gripen" təyyarələri ilə, eləcə də Qara dənizdə minatəmizləmə işlərində iştirak etməyə hazır olduğunu bəyan edib.