Cümə axşamı, 8 Yanvar, 2026
Tarix: 07 Jan 2026 01:56
Kanadanın Baş naziri Mark Karni Qrenlandiyanın gələcəyi ilə bağlı qərarların yalnız Danimarka və adanın öz xalqı tərəfindən qəbul edilə biləcəyini bildirib. APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə o, yanvarın 6-da Parisdə jurnalistlərlə söhbəti zamanı deyib.
Karni bu açıqlamanı ABŞ tərəfindən Qrenlandiyanın mümkün ilhaqı ilə bağlı səsləndirilən bəyanat və təhdidlərə münasibət bildirərkən verib.