Cümə axşamı, 8 Yanvar, 2026
Tarix: 07 Jan 2026 03:38
İtaliya Ukrayna ilə bağlı Parisdə qəbul edilən bəyannamədən məmnundur. APA xəbər verir ki, bunu Parisdə “İstəklilər koalisiyası”nın görüşündə iştirak edən İtaliyanın Baş naziri Corcia Meloni bəyan edib.
Baş nazirin açıqlamasında qeyd olunur ki, sözügedən təhlükəsizlik zəmanətləri Vaşinqtonla sıx koordinasiya şəraitində qəbul ediləcək daha geniş razılaşmalar paketinin tərkib hissəsi olacaq. Məqsəd Ukraynanın suverenliyi və müstəqilliyinin təmin edilməsi, o cümlədən atəşkəsin effektiv və əhatəli monitorinq mexanizminin yaradılması və Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsidir.
Eyni zamanda Corcia Meloni bir daha təsdiqləyib ki, İtaliya öz hərbi kontingentini Ukraynaya göndərməyəcək.