Cümə axşamı, 8 Yanvar, 2026
Tarix: 07 Jan 2026 03:19
“İstəyənlər koalisiyası” Kiyevə yardım çərçivəsində münaqişə başa çatdıqdan sonra Ukrayna Silahlı Qüvvələrinin sayının 800 min hərbçi səviyyəsində olmasını əsas götürür. APA xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında keçirilən mətbuat konfransında bildirib.
Makron qeyd edib ki, Ukraynanın peşəkar ordusunun hazırlanması və dəstəklənməsi planlaşdırılarkən onun istənilən yeni təcavüzün qarşısını almağa qadir olması əsas məqsəd kimi götürülür. Prezidentin sözlərinə görə, bu məqsədlə ordunun şəxsi heyətinin 800 min nəfər olması zəruri hesab edilir.
Fransa lideri əlavə edib ki, Parisdə keçirilən və “İstəklilər koalisiyası”nın yaradılmasından bəri artıq 15-ci olan cari görüşdə ABŞ, koalisiya ölkələri və Ukrayna nümayəndələrinin daxil olacağı koordinasiya qrupunun yaradılması barədə də razılıq əldə olunub.