Cümə axşamı, 8 Yanvar, 2026
Tarix: 07 Jan 2026 04:22
Danimarka və Qrenlandiya hökumətləri ABŞ Dövlət Departamentinə müraciət edərək yaxın vaxtlarda dövlət katibi Marko Rubio ilə görüşün təşkilini xahiş edib. APA xəbər verir ki, bu barədə Qrenlandiyanın xarici işlər naziri Viviann Motsfeldt məlumat verib.
Nazir "Facebook" səhifəsində yazıb ki, görüş zamanı ABŞ-ın Qrenlandiya ilə bağlı səsləndirdiyi mühüm bəyanatlar müzakirə olunacaq.
Motsfeldt həmçinin qeyd edib ki, indiyədək Marko Rubio Qrenlandiya hökuməti ilə görüş keçirə bilməyib. Onun sözlərinə görə, Danimarka və Qrenlandiya 2025-ci il ərzində bir neçə dəfə xarici işlər nazirləri səviyyəsində görüş üçün müraciət etsə də, bu təşəbbüslər cavabsız qalıb.