Atəşkəs əldə olunacağı təqdirdə Belçika Ukraynaya qoşun göndərəcək

Tarix: 07 Jan 2026 03:58

Belçika atəşkəs və ya sülh sazişi əldə olunacağı təqdirdə Ukraynaya öz hərbi qüvvələrini göndərəcək. APA xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Teo Franken "X" hesabında paylaşım edib.

Nazirin sözlərinə görə, koalisiya güclü bəyanat qəbul edib və Belçika sülh sazişi və ya atəşkəs baş verərsə, dəniz və hərbi imkanları ilə prosesdə fəal iştirak edəcək. Franken əlavə edib ki, Belçika Ukrayna hərbçilərinin təlimini davam etdirəcək.

Xəbər Lenti