Pentaqon "Patriot" raketlərinin istehsalını üç dəfə artırır

Tarix: 07 Jan 2026 05:18

Pentaqon "Lockheed Martin" şirkəti ilə çərçivə sazişinin imzalandığını açıqlayıb. APA xəbər verir ki, nazirlik bu sənədi tarixi adlandırıb. Razılaşma sursat istehsalının və tədarükünün əhəmiyyətli dərəcədə artırılmasına yönəlmiş yeni müdafiə satınalma modelinin əsasını qoyur.

Pentaqonun məlumatına görə, yeni model uzunmüddətli və proqnozlaşdırıla bilən tələbatın formalaşdırılmasını nəzərdə tutur. Bu yanaşma müdafiə sənayesini istehsal güclərinin genişləndirilməsinə iri həcmli investisiyalar yatırmağa təşviq etməlidir.

Eyni zamanda, model müqavilələrin icra müddətlərinin qısaldılmasına, tədarük zəncirlərinin idarə olunmasının səmərəliliyinin artırılmasına və dövlətin infrastruktur üzrə ilkin xərclərinin azaldılmasına imkan verəcək. Razılaşmalara əsasən, "Lockheed Martin" "Patriot" HHM sistemləri üçün "PAC-3 Missile Segment Enhancement" tipli raketlərin illik istehsal həcmini təxminən 600 ədəddən 2000 ədədə qədər artırmağı planlaşdırır.

Xəbər Lenti