Cümə axşamı, 8 Yanvar, 2026
Tarix: 07 Jan 2026 04:47
Ukrayna humanitar və enerji böhranının astanasında olduğu üçün münaqişənin mümkün qədər tez dayandırılması zəruridir. APA xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz Parisdə “İstəklilər koalisiyası”nın görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
“Ölkə humanitar və enerji böhranının astanasındadır. Buna görə də artıq intensiv olan səylərimizi daha da gücləndiririk ki, tez bir zamanda nəticə əldə olunsun”, – deyə Merz vurğulayıb.