Cümə axşamı, 8 Yanvar, 2026
Tarix: 07 Jan 2026 05:52
Böyük Britaniya, İrlandiya, ABŞ və Fransa Atlantik okeanında Rusiyanın "Marinera" neft tankerinin hərəkətini izləmək üçün hava vasitələri cəlb edib. APA xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, son günlər ərzində İngiltərənin Safolk qraflığında yerləşən Mildenhol aviabazasından ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki "P-8" tipli kəşfiyyat təyyarəsi tanker istiqamətində uçuşlar həyata keçirib. Eyni zamanda, Şotlandiyanın şimal-şərqindəki Lossimut bazasından Böyük Britaniya Hərbi Hava Qüvvələrinin "Eurofighter Typhoon" qırıcısı havaya qalxıb.
Əməliyyata Fransa Hərbi Dəniz Qüvvələrinin patrul təyyarəsi və İrlandiyanın Hava Korpusuna məxsus təyyarə də cəlb olunub.