Cümə axşamı, 8 Yanvar, 2026
Tarix: 07 Jan 2026 06:45
ABŞ administrasiyası neft hasilatının artırılması şərti ilə Venesueladan Rusiya, İran, Çin və Kuba ilə iqtisadi əlaqələri dayandırmağı tələb edir. APA xəbər verir ki, bu barədə "ABC News" mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Vaşinqton Venesuelanın müvəqqəti prezidenti Delси Rodriqesə bir sıra tələblər irəli sürüb. Tələblərə əsasən, Karakas Çin, Rusiya, İran və Kuba ilə iqtisadi əməkdaşlığı dayandırmalı, neft istehsalı sahəsində isə ABŞ-la eksklüziv əməkdaşlığa razılıq verməlidir.