Səudiyyə Ərəbistanı Yəməndə Cənub Keçid Şurasının qüvvələrinə zərbələr endirib

Tarix: 07 Jan 2026 08:34

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmənin cənub-şərqində yerləşən Əd-Dali əyalətində Cənub Keçid Şurasının qüvvələrinə zərbələr endirib. APA xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "SPA" agentliyi "X" hesabında məlumat yayıb.

Məlumata görə, koalisiya düşərgələri tərk edən silahlı qrupların hərəkətini izləyib və onları Əd-Dali əyalətindəki Əl-Zand düşərgəsi yaxınlığında yerləşən binada aşkar edib. Bundan sonra məhdud və qabaqlayıcı zərbələr endirilib.

Koalisiya qüvvələrinin sözçüsü, general-mayor Turki əl-Maliki bildirib ki, zərbələrin məqsədi separatçı qüvvələrin fəaliyyətini pozmaq və Cənub Keçid Şurasının sədri Aydarus əz-Zübeydinin münaqişəni yenidən gərginləşdirmək cəhdinin qarşısını almaq olub.

Xəbər Lenti