Filippin sahillərində 6,4 bal gücündə zəlzələ baş verib

Tarix: 07 Jan 2026 08:15

Filippin sahillərində 6,4 bal gücündə zəlzələ qeydə alınıb. APA xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri əhalisi təxminən 150 min nəfər olan Santyaqo şəhərindən 27 kilometr şərqdə yerləşib. Yeraltı təkanların ocağı 58 kilometr dərinlikdə olub.

Hazırda dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Xəbər Lenti