ABŞ-ın təqib etdiyi tankeri müşayiət etmək üçün Rusiya sualtı qayıq göndərib

Tarix: 07 Jan 2026 09:43

ABŞ-ın “kölgə donanması”na qarşı apardığı mübarizə çərçivəsində Atlantik okeanında təqib etdiyi neft tankerini qorumaq üçün Rusiya sualtı qayıq və digər hərbi gəmilər cəlb edib.

APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, söhbət əvvəllər “Bella 1” adlanan tankerdən gedir. ABŞ Sahil Mühafizəsi Atlantikdə qeyri-qanuni neft daşımaları ilə məşğul olan, xüsusilə Rusiya mənşəli “kölgə donanması”nın aşkar edilməsi və saxlanılması məqsədi daşıyan genişmiqyaslı əməliyyat çərçivəsində tankeri izləməyə başlayıb.

Bildirilir ki, ötən ilin dekabr ayında gəmi heyəti ABŞ hərbçilərinin tankerə minmək cəhdinin qarşısını alıb. Bundan sonra tanker açıq dənizə çıxaraq gövdəsində Rusiya bayrağını qaldırıb, qeydiyyatını və adını dəyişərək “Marinera” adını alıb və faktiki olaraq Rusiya mənsubiyyətini bəyan edib.

İlqar Xudiyev kölgə donanması Rusiya ABŞ

Xəbər Lenti