İran İsrailə casusluqda ittiham olunan şəxsi edam edib

Tarix: 07 Jan 2026 09:35

İsrail üçün casusluqda ittiham olunan Ali Ərdəstani edam edilib.

APA xəbər verir ki, bu barədə “Mizan” informasiya agentliyi məlumat yayıb.

Tehran rəsmilərinin bildirdiyinə görə, Ali Ərdəstani İsrailin “Mossad” kəşfiyyat xidmətinin xeyrinə casusluq etməkdə, ölkəyə aid məxfi və həssas məlumatları ötürməkdə təqsirli bilinib.

Məlumatda vurğulanır ki, edam hökmü İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra bütün hüquqi prosedurlara uyğun şəkildə icra olunub.

İlqar Xudiyev İran İsrail Mossad edam

Xəbər Lenti