"Atasığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək

Tarix: 07 Jan 2026 09:07

Yanvarın 22-də, saat 15:00-da "Atasığorta" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“APA-Economics” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm, 9 ünvanında olacaq.

Yığıncağın gündəliyinə şirkətin maliyyə vəziyyətinin müzakirə edilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, dekabrın 6-da Azərbaycan Mərkəzi Bankı "Atasığorta"ya müvəqqəti inzibatçı təyin edib.

APA-Economics

Xəbər Lenti