Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 27 Jan 2026 16:47
Rusiya ordusunun hücumu nəticəsində Odessada iki nəfər ölüb.
APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak bildirib.
“Hücum nəticəsində artıq iki nəfər həyatını itirib. Axtarış-xilasetmə əməliyyatı davam edir”, – o qeyd edib.
***
10:29
Rusiya ordusunun hücumu nəticəsində Odessada 22 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak bildirib.
Məlumata görə, şəhərə endirilən kütləvi zərbə nəticəsində infrastruktur obyektlərinə, çoxmənzilli yaşayış binalarına, uşaq bağçasına, mağazaya və tikinti sahəsinə ziyan dəyib.
İlqar Xudiyev Rusiya ordusu Ukrayna Odessaya zərbə