AMB Bolqarıstan levinin məzənnəsinin açıqlanmasını dayandırıb

Tarix: 07 Jan 2026 13:40

Azərbaycan Mərkəzi Bankı (AMB) Bolqarıstan levinin məzənnəsinin açıqlanmasını dayandırıb.

AMB-dən "APA-Economics"in sorğusuna cavab olaraq bildirilib ki, 01 yanvar 2026-cı il tarixindən etibarən Bolqarıstan Respublikasının avro zonasına üzv olması ilə əlaqədar olaraq ölkənin rəsmi pul vahidi kimi avronun tətbiqinə başlanılıb.

Qeyd edilib ki, bununla əlaqədar olaraq, 05 yanvar 2026-cı il tarixindən etibarən Bolqarıstan levi Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən açıqlanan rəsmi məzənnələr siyahısından çıxarılıb.

Şükran Məmmədov Bolqarıstan levi Mərkəzi Bank AMB Bolqarıstan levinin məzənnəsi

Xəbər Lenti