Türkiyədə qəzaya uğrayan Liviya təyyarəsinin "qara qutu"su Britaniyada araşdırılacaq

Tarix: 07 Jan 2026 13:09

Ankara yaxınlığında qəzaya uğrayan Liviya təyyarəsinin "qara qutu"su Böyük Britaniyada araşdırılacaq.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.

Nazir bildirib ki, "qara qutu" və səs yazan cihazın hər ikisi zədələnib, təyyarənin "qara qutu"su Britaniyada araşdırılacaq.

Dəryanur Cəfərova Türkiyə Britaniya Liviya

Xəbər Lenti