Amsterdam hava limanı qar və külək səbəbindən ən azı 700 uçuşu ləğv edib

Tarix: 07 Jan 2026 17:41

Avropada soyuq hava şəraiti səbəbindən ən böyük hava limanlarından biri olan “Amsterdam Schiphol” ən azı 700 uçuşun ləğv edildiyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Bildirilib ki, 1,000-dən çox sərnişin gecəni “Schiphol”da keçirib. Uçuşların ləğvinin gün ərzində artacağı gözlənilir.

Qeyd edək ki, Avropanın bəzi bölgələrində qar, buz və dondurucu temperatur ciddi problemlər yaradıb. Parisdə “Charles de Gaulle” hava limanında çərşənbə səhəri təxminən 100 uçuş, “Orly” hava limanında isə əlavə 40 uçuş qar və soyuq hava səbəbindən ləğv olunub.

İlqar Xudiyev Amsterdam hava limanı uçuşların ləğvi

Xəbər Lenti