Ərdoğan Trampın Maduronu Türkiyəyə dəvət etməsi ilə bağlı iddiaları təkzib edib

Tarix: 07 Jan 2026 17:06

Türkiyə hökumətində ABŞ Prezidenti Donald Trampın Nikolas Maduroya Türkiyəyə getməyi təklif etməsi barədə məlumat yoxdur.

APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“Belə bir şey yoxdur. Bizə belə bir xəbər gəlməyib”, - Ərdoğan iddiaları təkzib edib.

Qeyd edək ki, bundan əvvəl “New York Times” qəzeti ABŞ-ın Maduroya hakimiyyətdən əl çəkib Türkiyəyə getməyi təklif etdiyini, lakin Maduronun bu təkliflə razılaşmadığını yazıb.

Toğrul Quluzadə Türkiyə Ərdoğan Maduro

Xəbər Lenti