ABŞ Rusiyanın “kölgə donanması”na aid neft tankerini ələ keçirmək üçün əməliyyata başlayıb - FOTO

Tarix: 07 Jan 2026 17:01

ABŞ Sahil Mühafizəsi və hərbi qüvvələri Atlantik okeanı boyunca iki həftədən çox davam edən təqibdən sonra Rusiyanın “kölgə donanması”na aid olması ehtimal edilən neft tankerini ələ keçirməyə çalışır.

APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Tanker əvvəlcə “Bella 1” adı altında sanksiyaya məruz qalıb, daha sonra ABŞ-ın blokadasından çıxmağa müvəffəq olub.

Gəmi daha sonra “Marinera” adını götürüb və Rusiya bayrağı altında qeydiyyata alınıb, bu da ABŞ-ın onu hüquqi baxımdan ələ keçirməsini çətinləşdirir.

Rusiya da hadisəyə müdaxilə edərək, tankeri müşayiət etmək üçün sualtı qayıq və digər hərbi gəmilər göndərdiyini bildirib, bu isə gərginliyi artırıb. ABŞ rəsmiləri təqib əməliyyatını Sahil Mühafizəsi və hərbi qüvvələrin birgə koordinasiyası ilə davam etdirdiklərini və gəmiyə qarşı sanksiyalara uyğun addımlar atacağını vurğulayıb.

“Marinera” gəmisi ABŞ Rusiya tanker

Xəbər Lenti