Rusiya Odessada iki limanı vurub, ölən və yaralananlar var

Tarix: 07 Jan 2026 21:18

Rusiya ordusu Ukraynanın Odessa vilayətindəki iki limanı növbəti dəfə pilotsuz təyyarə və raketlərdən atəşə tutub.

APA xəbər verir ki, bu barədə Ukraynanın baş nazirin yenidənqurma məsələləri üzrə müavini, icmalar və ərazilərin inkişafı naziri Aleksey Kuleba məlumat verib.

"Təəssüf ki, bir nəfər həlak olub. Ailəsinə və yaxınlarına başsağlığı veririk. Azı beş nəfər yaralanıb və bütün lazımi tibbi yardım göstərilir", - Kubela bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində liman qurğularına, inzibati binalara və neft konteynerlərinə ziyan dəyib.

Xəbər Lenti