Tramp Qrenlandiyanın satın alınmasını komandası ilə fəal şəkildə müzakirə edir

Tarix: 07 Jan 2026 23:23

ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanın alınması ehtimalını tabeçiliyində olanlarla fəal şəkildə müzakirə edir.

APA xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt deyib.

"Prezident hazırda bu məsələni milli təhlükəsizlik komandası ilə fəal şəkildə müzakirə edir. O, həmişə bütün mümkün variantları nəzərdən keçirir. Cənab prezident heç bir variantı istisna etmir, amma diplomatiya həmişə onun üçün birinci yerdədir", - o bildirib.

Xəbər Lenti