ABŞ Rusiyanın "kölgə donanması"na məxsus ikinci tankeri ələ keçirib - YENİLƏNİB

Tarix: 07 Jan 2026 22:52

ABŞ konkret bir ölkəyə məxsus olmadığı bildirilən "Sophia" adlı Venesuela nefti daşıyan daha bir tankeri ələ keçirib.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt məlumat verib.

Livittin sözlərinə görə, 7 yanvarda Pentaqon və ABŞ Daxili Təhlükəsizlik Departamenti birgə əməliyyat nəticəsində "Sophia" adlı başqa bir tankeri ələ keçirib.

"Bu, heç bir ölkəyə məxsus olmayan, sanksiyalı, kölgə donanmaya aid tankerdir və ələ keçirilmə heç bir insident olmadan həyata keçirilib", - Livitt deyib.

***

18:47

ABŞ Rusiyanın “kölgə donanması”na daxil olan daha bir tankeri ələ keçirib.

APA xəbər verir ki, bu barədə ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem "X” hesabında bildirib.

Məlumata görə, "Sofia” tankeri Karib hövzəsi sularında ələ keçirilib.

Nazir bildirib ki, saxlanılan gəmilər — "Bella I" (Marinera) tankeri və "Sofia" tankeri ya sonuncu dəfə Venesuelada olub, ya da ora gedən istiqamətdə hərəkət edib.

“Qaça bilərsiniz, amma gizlənə bilməzsiniz”, - nazir xəbərdarlıq edib.

Toğrul Quluzadə ABŞ Rusiya kölgə donanması tanker

Xəbər Lenti