Nyu-York birjasında təbii qaz 6%-dən çox ucuzlaşıb

Tarix: 15 Jan 2024 09:16

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

"APA-Economics" xəbər verir ki, fevralda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 6,18% azalaraq 3,125 dollar təşkil edib.

Xəbər Lenti