Azərbaycanda inflyasiya 9%-dən aşağı enib

Tarix: 15 Jan 2024 12:15

2023-cü ildə Azərbaycanda inflyasiya 8,8%-ə enib. Bu isə ötən ilin yanvar-noyabr aylarına nisbətən 0,6% bəndi azdır.

"APA-Economics" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İnflyasiya ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 9,6 faiz, qeyri-ərzaq məhsulları üzrə 8,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 8,2 faiz təşkil edib. 2023-cü ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz, əvvəlki ilin dekabr ayına nisbətən 102,1 faiz təşkil edib.

Xəbər Lenti