“E-Şikayət” sisteminə müraciətlər artır

Tarix: 15 Jan 2024 13:12

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən ötən ilin sonlarında yaradılan “E-Şikayət” sisteminə müraciətlər artır.

“APA-Economics”in İnformasiya Kommunikasiya və Texnologiyaları Agentliyinə istinadən xəbərinə görə, sistem müraciətlərin operativ və obyektiv araşdırılması məqsədilə yaradılıb.

Vətəndaş https://e-complaint.icta.az linkinə klik etməklə “Şəxsi kabinet”inə daxil olub internet, mobil rabitə, mobil internet və telefon rabitəsi sahələri üzrə xidmətindən narazı olduğu operator və provayderlərdən İSP-yə şikayət edə bilər.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Xəbər Lenti