Qazaxıstanın ötən il hasil etdiyi neftin həcmi açıqlanıb

Tarix: 16 Jan 2024 10:03

Qazaxıstanın 2023-cü ildə hasil etdiyi neftin həcmi açıqlanıb.

“APA-Economics”in “TASS”a istinadən verdiyi məlumata görə, qeyd olunan göstəricini Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev açıqlayıb.

Onun sözlərinə görə, ölkə ötən il 90 mln. ton neft hasil edib.

"Neft hasilatının həcminə gəlincə, biz ilkin olaraq 92-93 mln. ton nəzərdə tutmuşduq. Faktiki olaraq 90 mln. tona yaxın hasil etmişik", - nazir qeyd edib.

Xəbər Lenti