- , 22 Dekabr, 2024
Tarix: 17.01.2024 04:32
Sosial media paylaşımları ilə gündəmdən düşməyən məşhur müğənni Britni Spirs bu dəfə sosial media hesabını silməsilə gündəm olub.
“Qafqazinfo” xəbər verir ki, sənətçi 43 milyon izləyicisi olan instaqram hesabını silib.
Bununla bağlı heç bir açıqlanma verilməyib. Lakin müğənninin keçmiş həyat yoldaşı Sem Asqari ilə boşanması və ailəsi ilə yaranmış gərginliyin onu narahat etdiyi iddia olunur.