Azərbaycan ötən il "OPEC+" çərçivəsində kvotadan 91 min barel geri qalıb

Tarix: 12 Jan 2026 12:37

Ötrən il Azərbaycanda neft hasilatı orta hesabla gündəlik 75,9 min ton (571 min barel) olub.

Ba barəədə “APA-Economics” Enerhetika Nazirliyinin operativ məlumatına istinadən xəbər verir.

Məlumata əsasən, 2025-ci il ərzində xam neft hasilatı orta hesabla gündəlik 62,4 min ton (460 min barel), kondensat hasilatı 13,5 min ton (111 min barel) təşkil edib.

2025-ci il üzrə operativ məlumatlara əsasən, respublikada ötün il 27,7 mln. ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Hasilatın 16,2 mln. tonu “Azəri-Çıraq-Günəşli”nin (AÇG), 3,8 mln. tonu “Şahdəniz”in, 0,6 milyon tonu “Abşeron” yatağının, 7,1 milyon tonu isə SOCAR-ın payına düşüb.

Hesabat dövründə 23,1 milyon ton neft (qaz kondensatı ilə birlikdə) ixrac olunub. İxracın 20 mln. tonu konsorsiumların, 2,5 mln. tonu SOCAR-ın, 0,6 mln. tonu isə JOCAP-ın (“Abşeron” yatagının operatoru – red.) payına düşüb.

Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin əldə etdiyi razılığa görə, 2026-ci ilin sonunadək Azərbaycanın xam neftin hasilat kvotası gündəlik 551 min barel təşkil edir.

Beləliklə, Azərbaycan ötən il "OPEC+" çərçivəsində kvotadan 91 min barel geri qalıb.

Emil İsmayılov Energetika Nazirliyi AÇG Şahdəniz JOCAP OPEC OPEC+

Xəbər Lenti