Bazar ertəsi, 12 Yanvar, 2026
Tarix: 12 Jan 2026 12:03
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) mənfəət neftinin və qazın satışı üzrə proqnozlaşdırılan daxilolmaları növbəti ildə hasilat həcminin və xam neftin orta illik ixrac qiymətinin azalması fonunda 2025-ci il proqnozu ilə müqayisədə 12,7% az həcmdə proqnozlaşdırılıb.
"APA-Economics" xəbər verir ki, bu barədə Hesablama Palatasının ARDNF-in 2026-cı il büdcəsinə verdiyi rəydə bildirilib.
Hesabata əsasən, 2026-cı ildə Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) 5 030 mln. ABŞ dolları və ya 8 551 mln. manat olması proqnozlaşdırılmışdır ki, bu da 2024-cü il faktiki icra göstəricisindən 2 910,4 mln. manat və ya 25,4%, 2025-ci il proqnoz göstəricisindən 1 246,3 mln. manat və ya 12,7% azdır.
Dövlət Neft Fondunun 2026-cı il büdcə layihəsində Fonda mədaxil olunması üçün satılması proqnozlaşdırılan mənfəət neftindən və qazdan əldə olunacaq məbləğ müəyyən edilərkən aşağıdakı yataqlardakı neftin və qazın hasilatından Azərbaycan dövlətinin payına düşən mənfəət neftinin və qazın miqdarı nəzərə alınıb:
Cədvəl 5. Neft Fondunun 2026-ci il üzrə mənfəət nefti və qazı üzrə əsas göstəricilər.
Yatağın adı
2026-cı il daxilolma (mln. ABŞ dolları)
2026-cı il hasilat (dövlətin payı)
mln. barel
mlrd. m3
Mənfəət neftinin və qazın satışından
cəmi
5 030
75,31
5,14
Azəri-Çıraq-Günəşli
4 235,8
68,3
Şahdəniz yatağı
532,6
5,4
4,8
Suraxanı və Qaraçuxur yataqları
3,3
0,05
Zığ-Hövsan yatağı
1,6
0,03
Kürsəngi və Qarabağlı yataqları
0,0
0,12
Neftçala və Xıllı
0,8
0,02
Mişovdağ və Kəlaməddin
1,5
0,02
Kürovdağ
4,7
0,09
Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı
12,1
0,19
Binəqədi blokuna daxil olan yataqlar üzrə
8,5
0,19
Qum-Dəniz və Bahar yataqları
4,8
0,025
0,033
Abşeron JOCAP
88,1
0,88
0,305
Razılaşma Protokoluna uyğun olaraq SOCAR
tərəfindən ediləcək ödənişlər
136,2
“2026-cı il üzrə Kürsəngi və Qarabağlı yataqlarından gəlirlərin 65,0 ABŞ dolları qiymət ssenarisi altında ARDNF-yə daxil olmamasının səbəbi, HPBS-yə edilmiş dəyişikliklər nəticəsində dövlətin mənfəət payının 40%-ə endirilməsi və bu payın podratçıların dövlətin mənfəət payından qarşılanmalı olan vergi öhdəliklərini tam ödəməsi üçün kifayət etməməsi ilə izah olunub”, - hesabatda qeyd olunur.
Təqdim olunan məlumatlara əsasən, SOCAR-ın Şahdəniz və Cənub Qafqaz Boru Kəməri layihələrində mənsub olduğu paylar 31 mart 2023-cü il tarixində Payların Təxirə Salınmış Alqı-Satqı Müqaviləsinə (DSPA) uyğun olaraq Cənub Qaz Dəhlizi QSC-yə tam şəkildə ötürülmüşdür. SOCAR-ın Fonda ünvanladığı 25.06.2023-cü il tarixli məktubda bildirildiyinə görə, Cənub Qaz Dəhlizi QSC tərəfindən SOCAR-ın Şahdəniz, Cənubi Qafqaz Boru Kəməri və Cənub Qaz Dəhlizi layihələrindəki paylarına düşən gəlirlərin idarə olunmasına dair Razılaşma Protokoluna əsasən ödənişlərin 2025-ci ildən etibarən Dövlət Neft Fonduna həyata keçirilməsi nəzərdə tutulsa da, hesabat tarixinədək bu mənbədən Fonda heç bir vəsait daxil olmamışdır. Bununla yanaşı, 2026-cı il üçün Fondun büdcəsində həmin istiqamət üzrə 136,2 mln. ABŞ dolları məbləğində vəsaitin daxil olması proqnozlaşdırılıb.
ARDNF-nin Razılaşdırma Protokolu üzrə 2026-cı ildə büdcə gəlirləri barədə məlumat, mln. ABŞ dolları.
R.P. üzrə ARDNF-yə edilmiş ödənişlər
Cəmi borc
Ödənişlər
Proqnoz
Qalıq borc 30.09.
2025
2020
2021
2022
2023
2024
2025
2026
Qiymət fərqi
150
41
81
27
0
0
0
0
0
“Gəmiqayırma” istiqrazları
160
12
10
147
0
0
0
0
0
Qaz borcu
1 197
0
0
355
415
0
0
136,2
427
SOCAR-ın CQD-də
payının maliyyələşdirilməsi
914
0
0
0
0
0
0
0
914
Cəmi:
2421
53
92
530
415
0
0
136,2
1341
Emil İsmayılov ARDNF AÇG Hesablama Palatası