Azərbaycandan gön ixracına tətbiq edilən gömrük rüsumu 2 dəfə azaldılıb

Tarix: 12 Jan 2026 18:43

Azərbaycandan ixrac edilən gönlərə ( iribuynuzlu mal-qara və quzu gönləri, atlar fəsiləsi heyvanlarının) tətbiq edilən gömrük rüsumu 2 dəfə azaldılıb. APA-nın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. Əgər 31 dekabr 2025-ci il tarixədək ölkədən ixrac edilən gönlərin hər 1000 kiloqramına 500 ABŞ dolları gömrük rüsumu tətbiq edilibsə, 1 yanvar 2026-cı ildən 31 dekabr 2026-cı ilədək tətbiq edilən gömrük rüsumu 250 ABŞ dolları olacaq.

Firuzə Vahid Azərbaycan gön ixracı gömrük rüsumu

Xəbər Lenti