Azərbaycana idxal olunan armaturlar və şüşə listlər üçün müvəqqəti əlavə gömrük yığımı müəyyənləşib

Tarix: 12 Jan 2026 17:42

Dəmir armaturlar və şüşə listlər üçün müvəqqəti əlavə gömrük yığımları müəyyənləşib.

APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, dəmirdən və ya aşqarlanmamış poladdan çubuqların (dəmir armaturlar) 1 tonu üçün 150 manat, müxtəlif nomenklatur kodlar altında təsnif olunmuş şüşə listlərin 1 tonu üçün isə 100 manat gömrük yığımları tətbiq ediləcək.

Bu Qərar 2026-cı il 2 yanvar tarixindən tətbiq edilir və 2026-cı il 30 iyun tarixinədək qüvvədədir.

Qeyd edək ki, bu halda İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədinə əsasən, işğaldan azad edilmiş ərazilərdə yerləşən sənaye parklarının rezidenti olan hüquqi şəxslər tərəfindən sənaye parklarında istehsal məqsədi ilə xammal kimi idxal istisna olacaq.

Firuzə Vahid Dəmir armaturlar şüşə listlər gömrük yığımı

Xəbər Lenti