“Avtolüks Azərbaycan” nizamnamə kapitalını 16 milyon manatdan çox azaldır

Tarix: 13 Jan 2026 10:16

"Avtolüks Azərbaycan" MMC nizamnamə kapitalını 16,5 milyon manat azaldaraq 17 milyon manatdan 500 min manata endirdiyini elan edib.

“APA-Economics” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Qeyd edilib ki, nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Z.Nudirəliyev küçəsi 8 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Avtolüks Azərbaycan” MMC 2012-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Azər Cəlilovdur.

Şükran Məmmədov Avtolüks Azərbaycan

Xəbər Lenti