Xəzər–Qara dəniz–Avropa yaşıl enerji dəhlizi İtaliya üçün yeni imkanlar açacaq

Tarix: 13 Jan 2026 11:13

2032-ci ildən etibarən mərhələli şəkildə istismara veriləcək “Xəzər–Qara dəniz–Avropa” Yaşıl Enerji Dəhlizi Avropa bazarına ötürüləcək elektrik enerjisindən İtaliyanın da faydalanmasına imkan yaradacaq.

“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan–İtaliya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın VI iclasında energetika naziri Pərviz Şahbazov bildirib.

O qeyd edib ki, hazırda İtaliyanın “CESI SpA” şirkəti sözügedən layihə ilə yanaşı, “Mərkəzi Asiya–Azərbaycan” yaşıl enerji dəhlizi üzrə texniki-iqtisadi əsaslandırmaların hazırlanmasında Azərbaycanın məsləhətçi tərəfdaşı qismində iştirak edir.

Nazir vurğulayıb ki, bu təşəbbüslər Azərbaycanla İtaliya arasında enerji sahəsində strateji tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edir.

Rahim Tarıverdiyev Pərviz Şahbazov İtaliya CESI SpA

Xəbər Lenti