Azərbaycan–İtaliya Hökumətlərarası Komissiyasının VI iclasının Protokolu imzalanıb - FOTO - YENİLƏNİB

Tarix: 13 Jan 2026 12:50

Bakıda keçirilən Azərbaycan–İtaliya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın VI iclasının yekunlarına dair Protokol imzalanıb.

“APA-Economics” xəbər verir ki, sənədi Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, İtaliya tərəfdən isə xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Cirielli imzalayıblar.

***

12.51

Bakıda Azərbaycan–İtaliya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilir.

“APA-Economics” xəbər verir ki, iclas çərçivəsində iki ölkə arasında energetika, ticarət, sənaye, investisiya və kiçik və orta biznes sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunur.

Azərbaycan tərəfdən Komissiyanın həmsədri energetika naziri Pərviz Şahbazov, İtaliya tərəfdən isə xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellidir.

Tədbirdə Azərbaycan və İtaliya hökumətlərini təmsil edən rəsmi şəxslər, eləcə də aidiyyəti qurumların nümayəndələri iştirak edirlər.

Rahim Tarıverdiyev Azərbaycan İtaliya Pərviz Şahbazov

Xəbər Lenti