Çərşənbə axşamı, 13 Yanvar, 2026
Tarix: 13 Jan 2026 16:21
Azərbaycana idxal edilən inşaat kərpicləri üçün gömrük rüsumu dəyişib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Beləliklə, 31 dekabr 2025-ci il tarixədək ölkəyə idxal olunan inşaat kərpiclərinin 1000 ədədi üçün 15 ABŞ dolları gömrük rüsumu tətbiq olunub. Dəyişikliyə əsasən, 1 yanvar 2026-cı ildən 31 dekabr 2028-ci ilədək idxal olunan inşaat kərpiclərinin 1000 ədədi üçün 20 ABŞ dolları gömrük rüsumu tətbiq olunacaq.
Firuzə Vahid kərpic idxal gömrük rüsumu