Çərşənbə axşamı, 13 Yanvar, 2026
Tarix: 13 Jan 2026 18:57
Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, qeyri-sabit, küləkli keçməsi ilə bağlı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin (İB) istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.
Bu barədə "APA-Economics"ə İB-dən bildirilib.
Məlumata görə, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər həyata keçirilib.
Bütün sahələrdə maarifləndirmə aparılır, mövcud vəziyyət nəzarətdə saxlanılır.
Əşrəf Mehdiyev təhlükəsizlik hava neft