Çərşənbə, 14 Yanvar, 2026
Tarix: 13 Jan 2026 21:16
Kino Agentliyinə direktor köməkçisi təyin edilib
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyinə direktor köməkçisi təyin edilib.
Bu barədə APA-ya Kino Agentliyindən məlumat verilib.
Bildirilib ki, müvafiq vəzifəyə Rüfət Qarazadə təyin olunub.
Qeyd edək ki, Rüfət Qarazadə hazırda Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktor müavini vəzifəsini icra edir.
***
17:36
Kino Agentliyinin Kino mədəniyyətinin təbliği şöbəsinə yeni müdir təyin edilib.
APA xəbər verir ki, bu vəzifəyə Səbinə Bağırova təyin olunub.
Səbinə Bağırova faktı APA-ya təsdiqləyib.
Qeyd edək ki, bundan əvvəl sözügedən vəzifəni Turan Məmmədli icra edib.
İlkin Naib ARKA Təyinat Kino