Qlobal fond bazarlarının əsas indeks göstəriciləri

Tarix: 14 Jan 2026 09:24

Qlobal fond bazarlarında ötən gün qarışıq dinamika müşahidə edilib.

“APA-Economics” xəbər verir ki, ABŞ-da Dow Jones indeksi 0,80% azalaraq 49 191,99 bənd, S&P 500 0,19% geriləyərək 6 963,74 bənd, Nasdaq Composite isə 0,10% enərək 23 709,87 bənd səviyyəsində bağlanıb. NYSE Composite indeksi 0,18%, S&P/TSX Composite isə 0,01% azalıb.

Avropa bazarlarında isə Euro Stoxx 50 indeksi 0,22% artaraq 6 029,83 bənd, DAX 0,06% yüksələrək 25 420,66 bənd, IBEX 35 isə 0,08% artaraq 17 687,10 bənd təşkil edib. Eyni zamanda FTSE 100 0,03%, CAC 40 isə 0,14% azalma nümayiş etdirib.

Analitiklər ABŞ bazarlarında müşahidə olunan enişi faiz dərəcələrinin daha uzun müddət yüksək səviyyədə qalacağına dair gözləntilər, eləcə də geosiyasi risklərin artması fonunda investorların ehtiyatlı mövqeyi ilə izah edirlər. Avropada isə seçici alışlar və korporativ nəticələr bazar dinamikasını tarazlayan əsas amillər kimi qiymətləndirilir.

Rahim Tarıverdiyev birja fond bazarı indeks

Xəbər Lenti