Çərşənbə, 14 Yanvar, 2026
Tarix: 14 Jan 2026 09:15
Milli Məclisin yaz sessiyası fevralın 2-də başlayacaq.
APA-nın xəbərinə görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.
Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Bu il fevralın 1-i bazar gününə təsadüf etdiyi üçün yaz sessiyası fevralın 2-də başlayacaq
Firuzə Vahid Milli Məclis yaz sessiyası