Çərşənbə, 14 Yanvar, 2026
Tarix: 14 Jan 2026 11:25
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlar üçün həyata keçirilən “Ana dili – Azərbaycan məktəbi” layihəsinin 2025–2026-cı tədris ilinin II yarımili üzrə qeydiyyat prosesinə start verilib.
APA xəbər verir ki, II yarımil üzrə dərslərin 1 fevral 2026-cı il tarixində başlaması planlaşdırılır.
Bildirilib ki, tədris proqramı yalnız dil bacarıqlarının inkişafını deyil, eyni zamanda Azərbaycanın tarixi, ədəbiyyatı, coğrafiyası və mədəni irsi haqqında sistemli biliklərin aşılanmasını da əhatə edir.
Qeyd olunub ki, qeydiyyat üçün son müraciət tarixi 28 yanvar 2026-ci ildir.
Proqramı uğurla bitirən şəxslərə Azərbaycan dilini bilmə haqqında müvafiq səviyyəyə uyğun sertifikat verilir.
Gülcahan Məmmədova Ana dili dərsləri “Ana dili – Azərbaycan məktəbi”