Ötən il Azərbaycanda inflyasiya 6%-ə yaxın olub

Tarix: 14 Jan 2026 12:08

2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 105,2 faiz təşkil edib.

"APA-Econimics" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, dekabr ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə inflyasiya 6,4 faiz, qeyri-qida məhsulları üzrə 2,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 faiz təşkil edib.

2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,6 faiz təşkil edib.

Rahim Tarıverdiyev inflyasiya Azərbaycan

Xəbər Lenti