Əmanətlərin Sığortalanması Fondunun Himayəçilər Şurasında dəyişikliklər olub

Tarix: 14 Jan 2026 15:18

Əmanətlərin Sığortalanması Fondunun (Fond) Himayəçilik Şurasının tərkibində dəyişikliklər baş verib.

"APA-Economics" xəbər verir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aparatının Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin müdiri Ziyəddin Allahverdiyevin Fondun Himayəçilik Şurasında üzvlüyünə xitam verilib, onun əvəzinə Maliyyə Nazirliyi aparatının Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin müdir müavini Gündüz Əliyev əsas heyət üzvü təyin edilib.

Qeyd edək ki, hazırda Fondun Himayəçilik Şurasının sədri Mərkəzi Bankın sədr müavini Gülər Paşayevadır. Şuranın tərkibi 7 nəfərdən ibarətdir.

Rahim Tarıverdiyev ƏSF ADİF

Xəbər Lenti