Azərbaycanın sənədli irsinin UNESCO-nun “Dünya Yaddaşı Reyestri”nə daxil edilməsi ilə bağlı tədbirlər görüləcək

Tarix: 14 Jan 2026 17:12

Azərbaycanın sənədli irsinin UNESCO-nun “Dünya Yaddaşı Reyestri”nə daxil edilməsi ilə bağlı tədbirlər görüləcək.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında əksini tapıb.

Sənədə əsasən, Mədəniyyət Nazirliyi Xarici İşlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə 2026-2030-cul illərdə nominasiya üçün mədəni irs nümunələrinin seçilməsini, hər il azı 1 nominasiya sənədinin hazırlanaraq təqdim olunmasını, Azərbaycanın mədəni irs nümunələrinin “Dünya Yaddaşı Reyestri”nə daxil edilməsinə nail olunmaqla, geniş təbliğini həyata keçirməlidir.

UNESCO Mədəniyyət Nazirliyi  Xarici İşlər Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası

Xəbər Lenti